Rus qoşunları daha bir AES-ə doğru irəliləyir

  • By admin
  • 06 Mart 2022 14:36

Rusiya ordusu Cənubi Ukrayna Atom Elektrik Stansiyasını ələ keçirməyi hədəfləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

Onun sözlərinə görə, ruslar Nikolayevin şimalına doğru irəliləyərək Cənubi Ukrayna AES-i tutmağa çalışırlar.

Arestoviç qeyd edib ki, hazırda Zaporojye AES normal şəkildə fəaliyyətini davam etdirir: “Nikolayevin şimalından hərəkətə keçmək onlar üçün asan olmayacaq, lakin işğalçıların səyləri oraya yönəlib”.

Gununsesi.info