
Ermənistanda yerləşən Rusiya qoşunlarının bir hissəsi Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşdirilib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, sərhədçilərin ərazidə hərəkətini göstərən foto sosial şəbəkələrdə paylaşılıb.
Rusiya sərhədçiləri Kəlbəcərlə Basarkeçər rayonunun sərhədində mövqe tutduğu xəbər verilir. Ərazidə nə qədər rus hərbçisinin olduğu məlum deyil.