“Rus qoşunları tükənib, nəzarət bizdədir” - Ukraynalı general

  • By admin
  • 28 Fevral 2022 09:49

“Düşmən Kiyevin müdafiəsini yarıb keçməyə cəhd etməyə davam etsə də, paytaxta ordumuz nəzarət edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general-polkovnik Aleksandr Sırski bildirib.

“Rusiya qüvvələrinin bütün hərəkətləri nəzarət altındadır. İndi paytaxtda vəziyyət nəzarətdədir. Rus işğalçı qoşunlarının məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. Düşmən şəxsi heyətlə itki verib. Rusiya qoşunları ruhdan düşüb və tükənib”,- Aleksandr Sırski deyib.

Gununsesi.info