Rus qoşunları Xarkova daxil oldu - VİDEO

  • By admin
  • 27 Fevral 2022 10:45

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə daxil olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hazırda şəhər uğrunda ağır döyüşlər gedir.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumatı təsdiqləyib:

“Diqqət! Sığınacaq yerlərini tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”.

Şəhərin meri İqor Terekov da “Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir”, – deyə sakinlərə çağırış edib.

 

Gununsesi.info