Rus qoşunlarının Lvova hücumu dəf edildi

  • By admin
  • 26 Fevral 2022 14:37

Lvov şəhərində Ukrayna ordusu Rusiya qüvvələrinin hücumunu dəf edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Lvov şəhərinin meri Andrey Sadovyi “Telegram” kanalında bildirib.

Rusiya Ukraynanın yeddinci ən böyük şəhər mərkəzindən təxminən 56 mil uzaqlıqda yerləşən Brodıya 60-a yaxın əsgər və 3 vertolyot endirib.

“Silahlı qüvvələr işğalçını dəf edir! Biz vəziyyəti nəzarətdə saxlayırıq”, – o əlavə edib.

Xatırladaq ki, indiyədək döyüşlərin böyük hissəsi Ukraynanın şərqində, şimal və cənubunda gedir.

Gununsesi.info