Rus qoşunlarının Qarabağdan çıxmasına ABŞ belə reaksiya verdi

  • By admin
  • 18 Aprel 2024 13:08

“Açığı, biz Rusiya ordusunun daha dinc və stabil Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görməmişik”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair sualı cavabındırarkən səsləndirib.

“Ötən ilin payızında Dağlıq Qarabağda baş verənlər bu baxımdan Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir bariz nümunəsidir”, – deyən Patel vurğulayıb ki, Vaşinqton davamlı, ləyaqətli sülh əldə etmək üçün Ermənistan və Azərbaycanın səylərini qətiyyətlə dəstəkləyir.

 

Günay

Gununsesi.info