Rus rəssam mübadilə anından danışıb : MİT (Milli Kəşfiyyat Təşkilatı) zabitləri çox soyuqqanlı idilər

  • By Günel
  • 06 Avqust 2024 11:34

Dünyanın bəhs edən mübadiləsində iştirak edən, rusiyalı müğənni MİT işçilərinə heyran olub. “Türk seriallarında olduğu kimi çox qəşəng idilər. Rusiya tərəfindən azad edilən müharibə əleyhdarı rus rəssam Saşa Skaçilenko MİT məmurlarının çox “havalı” olduğunu bildirib.

MİT İkinci Dünya Müharibəsindən sonra ən əhatəli əsir mübadiləsi əməliyyatını həyata keçirib. Dünyanın heyranlıqla izlədiyi, hər addımı MİT-in koordinasiya etdiyi məhbus mübadiləsi nəticəsində azad edilən rus sənətçi müsahibəsində yaşadıqlarından danışıb. O, MİT işçilərini tərifləyib. Skoçilenko, “Türklər serialdakı personajlar kimi idilər. Qara kostyumda idilər, çox “haval'”və ətir qoxulu idilər”- deyib.
Milli Kəşfiyyat Təşkilatı (MİT) ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatını həyata keçirib.

Qeyd edək ki, əməliyyat çərçivəsində ikisi uşaq olmaqla, 10 nəfər Rusiyaya, 13 nəfər Almaniyaya, 3 nəfər isə ABŞ-a təhvil verilib.

Gununsesi.info