Rus rublun ecə çökür?

  • By admin
  • 28 Fevral 2022 16:07

Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkənin milli valyutasını çökdürür. Rusiya rublu Azərbaycan manatı qarşısında da dəyər itirir.

Gununsesi.info bildirir ki, 2022-ci il 100 Rusiya rublu üçün 2 manat 25 qəpik rəsmi məzənnə ilə başlayıb. Yanvar ayında minimum kurs 2 manat 14 qəpik göstərilib.

Fevral ayına 100 Rusiya rublu 2 manat 22 qəpiklə qədəm qoyub, ayın 10-da məzənnə 2 manat 27 qəpiyə yüksəlib.

Fevralın 21-nə 2 manat 22 qəpiklə start verən 100 rubl ertəsi gün banklara 2 manat 13 qəpiyə təklif olunub, ayın 24-də rəsmi məzənnə 1 manat 97 qəpiyə enib.

Fevralın 28-də 100 Rusiya rublunun rəsmi qiyməti 1 manat 57 qəpikdir.

 

 

Gununsesi.info