Rus səfirləri nazirliyə çağrıldı

  • By admin
  • 26 Mart 2018 14:10

 Rusiyanın Polşadakı və Litvadakı səfirlləri   hər bir ölkənin xarici işlər nazirliklərinə çağırılıb.

Gununsesi.info rian-ru-ya istinadənxəbər verir ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşa XİN-ə  çağırılıb.

 Rusiyanın Litvadakı səfiri də Litva XİN-ə dəvət edilib.

 Rus səfrilərinin nazirliklərə çağrılmasının səbəbi hələlik bəlli deyil.

Ancaq onu qeyd etmək olar ki, Polşa mətbuatı  Daxili Təhlükəsizlik Agentliyinin həyata keçirdiyi əməliyyat zamanı  Rusiyanın xeyrinə xəfiyyəçilik edən şəxs saxlanılıb. Saxlanılan  şəxs  Polşanın energetika naziriliynin fəaliyyəti ilə maraqlanıb və onun hazırda diplomat  kimi fəaliyyət göstərdiyi bildirilir.

Litvaya gəldikdə isə bu ölkə Rusiyanı ölkənin milli təhlükəsizliyinə ən ciddi təhdid hesab edir.

Gununsesi.info