Rus səfirin Putin, Lavrov və Şoyquya müraciəti təəccübləndirdi

  • By admin
  • 09 Fevral 2021 16:18

Erməni hərbi əsirlərin geri qaytarılması Rusiya Prezidenti Vladimir Putin, Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun şəxsən məşğul olduğu məsələdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə verdiyi müsahibəsində bildirib.

“Bunun prezidentimiz, xarici işlər nazirimiz və müdafiə nazirimizin şəxsən məşğul olduğu prioritet məsələlərdən biri olduğunu söyləyəndə şişirtmirəm. Əlbəttə ki, maksimum işlər görülür. Əminəm ki, bu məsələ həll ediləcək”, – səfir deyib.

Kopırkinin Rusiyanın dövlət başçısı və nazirlərindən bəhs edərkən “bizim” deməsi diqqət çəkir.

Xatırladaq ki, Azərbaycan 44 günlük müharibədən sonra Ermənistanın onlarla vətəndaşını və ölən şəxslərin cəsədlərini qarşılıqsız və problemsiz şəkildə təhvil verib.

Gununsesi.info