“Rus sülhməramlıları müəyyən müddət burada qalacaq” - Zərdüşt Əlizadə

“Böyük ehtimal ki, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Çünki buna mane olan əsas müddəa Qarabağ ermənilərinın hüquq və təhlükəsizlik məsələləri ilə bağlı tələblər irəli sürülməsi idi. Bu məsələ də artıq öz həllini tapmaq üzrədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, qısa müddətdən sonra Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq:
“Buna şahid olacağıq. Müəyyən proseslərdən sonra bu, baş tutacaq. Azərbaycanın inzibati dövlət qurumları da ora yerləşəcək. Beləliklə, də Azərbaycan özünün suverenliyini bərpa etmiş olacaq. Güman var ki, rus sülhməramlıları müəyyən müddət burada qalacaq. 2025-ci ildən sonra isə onların burada qalıb-qalmayacağı məsələsi tam dəqiqləşməyib. Bu sözsüz ki, yerdəki şəraitdən asılı olacaq. Burada şərait onların gedib-getməyəcəyini müəyyənləşdirəcək. Həmin vaxta qədər erməni sakinlərinin inteqrasiya məsələsi tamamlanmalıdır”.
Gununsesi.info