
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Xankəndidə humanitar aksiya keçiriblər.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Aksiya çərçivəsində ümumi çəkisi 1 tona yaxın olan 200 ədəd yorğan tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə təhvil verilib.
Humanitar yük Rusiyadan Qarabağa Rusiya sülhməramlı kontingenti tərəfindən çatdırılıb.
Qeyd edilib ki, il ərzində 226 humanitar tədbir, o cümlədən qəsəbələrdə, məktəblərdə, uşaq bağçalarında və internat məktəblərində 80-dən çox böyük humanitar aksiya keçirilib.
Gununsesi.info