Rus sülhməramlılarının faəliyyəti barədə ara-sıra problemlər ortaya çıxır - İLHAM ƏLİYEV

  • By admin
  • 26 Fevral 2021 13:58

“Dünyada, eyni zamanda Azərbaycanda Rusiya sülhməramlılarının fəaliyyəti barədə o qədər də dəqiq olmayan fərziyələr irəli sürülür”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Türkiyədən olan jurnalistin bu barədə sualını cavablandırarkən səsləndirib.

HTML tutorial

Prezidentin sözlərinə görə, onların Azərbaycan ərazisində olması, eyni zamanda azad edilmiş torpaqlara əhalimizin qayıtması işində müsbət rol oynayacaq: “Çünki, Ermənistanın diversiya qrupu azad edilmiş ərazilərdə olur. Düzdür, sülhməramlıların faəliyyəti ilə bağlı ara-sıra bəzi problemlər ortaya çıxır. Ümumilikdə onların fəaliyyəti müsbətdir.  Rusiya sülhməramlıları Azərbaycanda 5 il üçün nəzərdə tutulub. Beş ildən sonra Azərbaycan fərqli düşünəcəksə, o zaman başqa qərar veriləcək”. 

 

Gununsesi.info