Artıq rus turistlərin Türkiyədə, xüsusən də Antalyaya böyük axını başlayıb.
Gununsesi.info Rusiya turoperatorlar Assosiasiyasının yaydığı məlumata əsasən bildirir ki, təkcə 2017-ci ilin aprel ayında Antalyada 188 min rusiyalı turist istirahət edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 16 dəfə artıqdır. Belə ki, 2016-ci ilin aprelində Antalyada 12 min rus turisti istirahət edib.
May ayında isə bu pik həddə çatacaq. Təkcə may ayının ilk 10 günündə Rusiyadan Türkiyyəə aviareyslərin sayı 2014-cü illə müqayisədə maksimuma çatıb. 2017-ci ilin apreiln 29-dan mayın 1-dək Rusiyadan Antaliyaya 150 reys edib və 30 min turist daşıyıblar.
Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, rusiyalı turistlərin hesabına Antalyaya digər ölkələrdən də turist axını başlayıb. Artıq Polşa, Ukrayna, İsrail, Mərkəzi Asiyadan, Yaxın Şərq ölkələrindən Antalyaya turist axını başlayıb. Assosiasiyanın verdiyi məlumata görə, 2017-ci ildə Antalyanın 7-8 milyon arasında turist qəbul edəcəyi gözlənilir. Artıq 2017-ci ilin ilk 4 ayında Türkiyəyə 3,8 milyon xarici turist gəlib. Bunun da böyük əksəriyyəti Rusiyadan olub.
Türkiyəyə turist axını güclənsə də Avropa ölkələrindən gələn turistlərin sayı azalmaqdadır. Avropa ölkələrindən gələn turistlərin sayı 1,4 milyon olub.
Mürtəza
Gununsesi.info