Rus və iranlı hakerlər britaniyalı məşhurların hesablarını ələ keçirməyə çalışacaq -Xəbərdar

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) rəsmi xəbərdarlıq edib: Rusiya və İran hakerləri Britaniya cəmiyyətinin tanınmış simalarının yazışmalarını və hesablarını sındırmağa çalışıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi bildirib.

NCSC-nin əldə etdiyi məlumata görə, iki haker qrupu əsasən siyasətçiləri, məmurları, jurnalistləri, analitikləri və ictimai xadimləri hədəf alan casus ovuna başlayıb. NCSC rəsmiləri deyirlər ki, kampaniya bir müddətdir ki, davam edir, lakin bu, yalnız böyüyür, ona görə də rəsmi xəbərdarlığın vaxtının çatdığını qərara aldılar.

Hakerlər sosial mediada potensial qurbanlara casusluq edir, iş e-poçtu ilə deyil, şəxsi e-poçt vasitəsilə fəaliyyət göstərərkən hesabları saxtalaşdıra və qurbanın həqiqi əlaqəsini təqlid edə bilərlər. Onlar virusdan istifadə edərək konfranslara və tədbirlərə və ya hətta Zoom görüşlərinə saxta dəvətlər göndərə bilərlər. Kliklənərsə, zərərli kod hakerə hesablara və potensial həssas məlumatlara daxil olmağa imkan verir. Hack edilmiş hesab yeni qurbanla əlaqə saxlamaq üçün istifadə edilə bilər.

NCSC-nin məlumatına görə, hakerləri əsasən İran və Rusiya məsələlərini araşdıran və ya bu ölkələrlə başqa şəkildə əlaqəsi olan şəxslər maraqlandırıb.

NCSC birbaşa Rusiya və İran hakimiyyətini bu casusluq cəhdlərində əli olmaqda ittiham etmir, lakin sözügedən iki haker qrupunun həmin dövlətlərlə əlaqəli olduğuna inanır.

Tərcümə : Adil Elxanoglu