Rusiya Əfqanıstan sərhədlərində hərbi təlimlərə başlayır

Avqust ayının 5-10-u aralığında Tacikistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Harb-Maydon poliqonunda Rusiya, Tacikistan və Özbəkistan hərbçilərinin birgə iştirakı ilə təlimlər keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Məlumatda qeyd olunur ki, hərbi təlimlərə ümumilikdə üç ölkədən 1 500-dən çox hərbçi, 300-ə yaxın silah və hərbi texnika cəlb ediləcək.