Rusiya əhalisi dərin depressiyadadır

Rusiya əhalisinin təxminən 10%-dən çoxu depressiya altındadır.

Depressiyaya uğramışların psixoloji vəziyyətin səbəbləri kimi uzun sürən xəstəlik, yaxınların ölümü, məişət zorakılığı və külli miqdarda krediti göstərmək olar.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Strateji Təşəbbüslər Agentliyi məlumat verib:

“Biz insanların sosial sferanın müxtəlif aspektləri ilə bağlı rəylərinə baxaraq xeyli araşdırma apardıq. Bir çox insan depressiya və təklikdə yaşayır. Bu gün bu təkcə ölkəmiz üçün deyil, qlobal çağırışdır”.

Ukraynada müharibə başlayandan sonra ruslar antidepresanlara daha çox aludə olublar.

Məlumata əsasən, 2023-cü ilin yanvar-may aylarında Rusiya sakinləri antidepresanlara 4,32 milyard rubl xərcləyib ki. Bu da vətəndaşların rekorda imza atdığını və bu prosesin ötən illə müqayisədə 2% çox olduğunu göstərir.

Psixiatr Lebedev:

“İnsanlar daha tez-tez psixiatrlara gəlir və qəbullarda xüsusi hərbi əməliyyatdan, bunun onların həyatına necə təsir etdiyindən danışırlar. Onun sözlərinə görə, kütləvi mühacirət həm də ruslar arasında depressiya və digər psixi problemlərin sayının artmasına səbəb olub”.

 

Psixiatr Dmitri Kutovoy:

“Müharibənin rusların psixikasına təsirini yalnız bir neçə ildən sonra, başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq. Onun sözlərinə görə, “Putindən sonra” cəmiyyətin psixi vəziyyətinin normallaşdırılması məsuliyyəti yeni hökumətin çiyninə düşəcək. “Biz mütəxəssislər olaraq buna hazır olmalıyıq”.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info