Rusiya əleyhinə sanksiyaları bu ölkələr əngəlləyir

  • By admin
  • 03 Oktyabr 2022 19:23

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının tətbiqi Macarıstan, Kipr, Yunanıstan və Maltaya görə ləngiyə bilər, çünki bu ölkələr Rusiya neftinin qiymətinin yuxarı həddi tətbiq edilməsinə qarşı çıxıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” nəşri yüksək vəzifəli avropalı diplomatlara istinadən yazır.

“Kipr, Yunanıstan və Malta Aİ-nin öz tankerlərinə müəyyən qiymət həddindən yuxarı satılacaq Rusiya neftini daşımağı qadağan etməklə özünə ziyan vuracağından narahatdır. Bu ölkələr həmçinin Türkiyə, Hindistan və İndoneziyaya öz azad bazar paylarını götürüb daşımalarını davam etdirə biləcəklərini edirlər”, – nəşr yazır.

Nəşrdə qeyd edildiyi kimi, Macarıstan, Kipr, Yunanıstan və Maltanın tanker donanması yanacağın böyük hissəsini Rusiyadan Avropaya daşıyır.

Budapeştə gəlincə, o, xüsusi şərtlərdə israr edir.

Məqalədə deyilir: “Macarıstana sanksiyaların altıncı raundundan kənarda qalması sayəsində aldığı Rusiya yanacağının qonşu ölkələrə reeksportuna icazə verilməlidir”.

Lakin diplomatların fikrincə, Avropa Komissiyası bu yolla Budapeştin neft bazarında haqsız üstünlük əldə edəcəyindən narahatdır.

İyunun əvvəlində Qərb ölkələrinin nümayəndələrindən Rusiya nefti üçün qiymət tavanının hazırkı qiymətin yarısı səviyyəsində müəyyən edilməsi təklifləri var idi. “Bloomberg” agentliyinin məlumatına görə, 40-60 dollar rəqəmləri müzakirə olunub.

Gununsesi.info