
Bildirilib ki, Rusiyanın ərzaq ixracına qoyduğu məhdudiyyətlər dəyərləndirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Patruşyev daxili bazarın prioritet olduğunu ifadə edərək, “Bizim bəzi kozırlarımız var, o cümlədən ixrac məhdudiyyətləri” deyib.
Rusiya vətəndaşlarının əsas qida məhsullarına asanlıqla çatması lazım olduğuna diqqət çəkən Patruşyev, “Yerli istehsalçılarımıza güvənirik və özümüzü təmin edirik. Öz məhsullarımızın istehsalını daha da artırmaq lazımdır” deyə əlavə edib.
Patruşyev əlavə edib ki, Rusiya ixracatda əldə etdiyi bazarları itirmək istəmir.
Qeyd edək ki, Rusiyada inflyasiya 2024-cü ilin dekabr ayında əvvəlki ilin eyni ayına görə yüzdə 9,52 artıb.
Orxan Saffari