Rusiya əleyhinə sanksiyalar Azərbaycan və Rusiya arasında ticarətə təsir etmir -İLHAM ƏLİYEV

  • By admin
  • 29 Aprel 2022 18:29

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu açıq-aşkar bəyan edir.

Gununsesi.info bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya əleyhinə sanksiyalar Azərbaycan və Rusiya arasında ticarətə təsir etmir.

O, Azərbaycanın Avropa İttifaqına daxil olması ehtimalını təkzib edib. “Şərq Tərəfdaşlığı” layihəsinin üzvləri buna can atırlar, amma Azərbaycan baxımından bu çox cüzi ehtimaldır”.

Gülnar Məmmədli

Gununsesi.info