“Rusiya ən böyük təyyarəmizi məhv edə bilər, amma arzumuzu məhv edə bilməyəcək” - UKRAYNA XİN NAZİRİ

  • By admin
  • 27 Fevral 2022 19:13

“Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” (Ukrayna dilində “Arzu”) idi. Rusiya bizim “Mriya”mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba özünün tviterdəki hesabında yazıb.

Qeyd edək ki, Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük AN-225 “Mriya” təyyarəsi yandırılıb.

Təyyarələrin monitorinqi internet saytı “Flight Radar”dan əldə edilən məlumatlar təsdiq edir ki, fevralın 5-dən sonra “Mriya” Qostomel hava limanında olub və heç yerə uçmayıb.

 

 

Gununsesi.info