Rusiya əsgərləri Laçın dəhlizində – VİDEO

  • By admin
  • 01 Dekabr 2020 11:09

Rusiya əsgərləri Qarabağda Laçın dəhlizinin bir hissəsini partlayıcı maddələrdən təmizləyiblər.

Gununsesi.org xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayır.

“Rus sülhməramlıları Laçın dəhlizindəki ərazidə partlayıcı maddələri təmizləyib, döyüş əməliyyatları zamanı zərər çəkən yüksək gərginlikli elektrik xəttini bərpa etmələri üçün işçi qrupunun təhlükəsizliyini təmin edib”, – deyə məlumatda qeyd olunur.

Həmçinin, ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qülləsi, 1,2 min metr qaz kəməri, 1,5 min metrdən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası bərpa edilib.

Müdafiə şöbəsindən verilən məlumata görə, ümumilikdə, Dağlıq Qarabağda aparılan “sülhməramlı” əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolları təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb, 1000-ə yaxın partlayıcı obyekti aşkar edərək zərərsizləşdiriblər.

Bundan əvvəl Rusiya “sülhməramlılarının” nəqliyyat vasitələrinin təhlükəsizliyini və vətəndaşların bu ərazidən keçməsini təmin etdiyi bildirilmişdi.

 


Gununsesi.org