Rusiya 13 min əsgərin iştirakı ilə təlimlər keçirəcək

  • By admin
  • 29 Avqust 2017 15:28

1503480526_rus-ordusu

Rusiya “Qərb-2017” kod adlı irimiqyaslı təlimlərdə iştirak etmək üçün öz hərbi qüvvələrini 14 sentyabr tarixindən Belarusa göndərməyə başlayacaq.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin mətbuata açıqlamasında deyib.

Belə ki, Aleksandr Fomin bildirib ki, “Qərb-2017” hərbi təlimlərində 70 döyüş təyyarəsi, 250 tank ,700 müxtəlif təyinatlı müasir hərbi texnikan və 13 min rus əsgəri iştirak edəcək və onlar Belarus ərazisində Rusiyanın qərb sərhədləri boyunca hərəkət edəcəklər.

A.Fominin sözlərinə görə, hərbi təlimlər müdafiə və terrorla mübarizə çərçivəsində keçirilir.

Eyni zamanda A.Fomin Belarusda “Qərb-2017” hərbi təlimlərin Litvanın, Polşanın və ya Ukraynanı işğal etmək üçün keçirildiyi ilə bağlı irəli sürülən iddaların əsasız olduğunu da vurğulayıb.

Qeyd edək ki, hərbi təlimlər sentyabrın 20-də başa çatacaq.

Anar
Gununsesi.info