Rusiya 2024-cü ildə nə qədər əsgər itirib?

2024-cü ildə Rusiya ordusu Ukraynada 434 mindən çox əsgərini itirib.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

O qeyd edib ki, rus ordusu keçən il genişmiqyaslı işğalın ilk iki ilinə nisbətən daha çox əsgər itirib:

“Hesablamalarımıza görə, ümumi itkilər 434 mindən çoxdur. Bunlardan təxminən 140 mini ölüb, qalanları yaralanıb”, – o bildirib.

Gununsesi.info