Rusiya 7000-dən çox uşağı deportasiya edib – Lubinets

  • By admin
  • 04 Sentyabr 2022 16:41

Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya Ukraynadan 7000-dən çox uşağı deportasiya edib. İndiyədək yalnız 51 azyaşlı geri qaytarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets məlumat verib.

HTML tutorial

“Rusiya uşaqlarımızın bizə qayıtmaması üçün hər şeyi edir, onlar hətta övladlığa götürmə ilə bağlı qanunvericiliklərini sadələşdiriblər”, – Lubinets bildirib.

Lubinetsin sözlərinə görə, Ukrayna uşaqların qaytarılması üzərində işləyir, lakin proses hələlik ləng gedir.

Gununsesi.info