Rusiya 9 bombardmançı təyyarəni səmaya qaldırdı

  • By admin
  • 23 Noyabr 2022 14:30

Rusiya Federasiyası Tu-95 strateji bombardmançı təyyarələrini səmaya qaldırıb. Ukraynaya raket hücumu mümkündür.

Gununsesi.info xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ukraynanın Nikolayev vilayət hərbi administrasiyasının sədri Vitali Kim də bildirib ki, ruslar ölkənin cənub rayonlarına zərbələr endirə bilər. Lakin indiyə qədər heç bir raket buraxılışı olmayıb.

“Odessa, Nikolaev, Xerson üçün potensial raket zərbələri təhlükəsi var. Atışlar olacaq. 9 ədəd Tu-95 havaya qalxdı”, – Kim qeyd edib.

Gununsesi.info