Rusiya ABŞ-a nota verdi

  • By admin
  • 08 Dekabr 2021 20:56

Rusiya XİN ABŞ-ın Moskvadakı səfirliyinə etiraz notası təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, sənəddə NATO-nun müəyyən fəaliyyətlərinin təhlükəli nəticələri barədə rəsmi Vaşinqtona xəbərdarlıq edilib.

Nazirlik bəyan edib ki, Rusiya ABŞ və NATO-nun öz sərhədləri yaxınlığındakı hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır və bu hərəkətlərə son qoyulmazsa, onların qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə ediləcək.

Gununsesi.info