Rusiya ABŞ, Böyük Britaniya və Fransanın qətnamə layihəsinə veto qoyub

  • By admin
  • 12 Aprel 2017 23:59

rusiya-bayraqi

Veto hüququndan istifadə edən Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.

Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi məlumata görə, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.

Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb.

Gununsesi.info