Rusiya ABŞ-la dialoqu bərpa etməyə hazırdır

“Əgər Vaşinqton milli maraqlarını nəzərə alacaqsa, Rusiya ABŞ-la dialoqu bərpa etməyə hazırdır”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Amerika tərəfi Rusiyanın milli maraqlarının tanınması və qarşılıqlılıq prinsipi əsasında vicdanla danışıqlar aparmaq niyyətini nümayiş etdirərsə, biz bərabərhüquqlu dialoqa hazırıq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Lavrov bundan əvvəl ABŞ-ın anti-Rusiya siyasətinin Amerika elitasının daxili siyasi konsensusuna əsaslandığını bildirmişdi.

 

 

Şəbnəm

Gununsesi.info