“Rusiya ABŞ-la yaxşı münasibətlər qurmaq istəyir” - LAVROV

  • By admin
  • 30 Yanvar 2022 15:54

“Rusiya ABŞ-la yaxşı, qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər istəyir”.

Gununsesi.info bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin Birinci televiziya Kanalının “Bazar vaxtı” verilişində deyib.

O bildirib ki, ABŞ-la, eləcə də dünyanın istənilən başqa ölkəsi ilə yaxşı, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan, münasibətlər qurmaq istəyirlər:

“Rusiya prezidenti Vladimir Putin bu barədə ABŞ prezidenti Co Baydenə də bildirib və hansı ki, 2021-ci ilin iyununda Cenevrədə keçirilən görüşdə məhz belə bir əhval-ruhiyyə var idi”.

O əlavə edib ki, Rusiyanın da ABŞ kimi öz maraqları var.

 

 

Gununsesi.info