“Rusiya-ABŞ münasibətlərinə mane olmaq istəyirlər” - SERGEY LAVROV

  • By admin
  • 12 Aprel 2017 22:15

lavrov tillerson

“Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Putin-Tillerson görüşü iki sаatdan çox çəkib”.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, Reks Tillersonla 5 saatdan çox danışıqlar apardığını söyləyib: “Daha sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik”.

Rusiya-ABŞ münasibətlərindən danışan Lavrov iki ölkə arasındakı münasibətləri pozmaq istəyənlərin olduğunu söyləyib: “Görürük ki, bizim münasibətlərimizə mane olmaq istəyirlər. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur”.

Gununsesi.info