Rusiya, ABŞ və İsrail arasında gizli danışıqlar gedir. Bu gizli danışıqlarda Suriyanın cənubunda İsraillə sərhəddə atəşkəs rejiminin təmin edilməsi müzakirə olunub.
Gununsesi.info “Haartez”ə istinadən vəbər verir ki, bu gizli görüşlər İordaniyanın paytaxtı Ammanda və Avropa ölkələrinin paytaxtının birində keçirilib.
Görüşdə Suriyanın cənubunda İsraillə sərhədə yaxın hissələrdə atəşkəs rejiminin təmin edilməsi məsələsi müzakirə edilib. “Haartez”in yazdığına görə, bu görüşlər bir neçə gün davam edib və müəyyən razılaşma əldə olunub.
İsrail tərəfi İranın Suriyada iştirakına ciddi narazılığını dilə gətirib.
Gununsesi.info