Rusiya açıqladı: Ölkəyə girə bilməyəcəklər

  • By admin
  • 21 Noyabr 2023 08:54

Rusiya Xarici İşlər Nazirliyi bəzi Moldova rəsmilərinin Rusiyaya girişini qadağan etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında Moldovada rusdilli media qurumlarına siyasi təzyiqlər edildiyi və bu qurumların internet saytlarının bloklandığı bildirilib.

Bu səbəbdən Moldovanın Moskvadakı səfiri Lilian Darinin nazirliyə çağırıldığı və səfirə etiraz notası verildiyi vurğulanan bəyanatda əlavə edilib: “Səfirə məlumat verilib ki, asimmetrik cavab olaraq MDB-nin bəzi rəsmiləri Moldova Respublikasının Rusiya Federasiyasına girişi qadağan edilib”.

Moldova İnformasiya və Təhlükəsizlik Xidməti (SIS) ötən ay bildirib ki, Rusiyanın aparıcı media qurumları və televiziya kanallarının, o cümlədən Tass xəbər agentliyi, İnterfaks, Rossiyaskaya qazeta və İzvestiya qəzetlərinin 20 saytına giriş bloklanıb.

Gununsesi.info