Rusiya açıqladı:  İŞİD yenidən qayıdır

  • By admin
  • 28 Avqust 2017 23:00

mosul-isid

Suriyanın Deyr əz-Zor bölgəsinə İŞİD tərəfindən ağır təchizat yeridilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Rusiya Hərbi-Hava Kosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusunun Qanem-Əli qəsəbəsi yaxınlığında əldə etdiyi uğurlardan sonra İŞİD yenidən Deyr-əz-Zor yaxınlığında məskunlaşmağa başlayıb.

Məlumatda qeyd edilir ki, İŞİD Suriyada son qalası olaraq Deyr-əz-Zoru görür və bu səbəbdən dolayı da əraziyə tank və böyük kalibrli silah-sursatlar yerləşdirir.
Gununsesi.info