“Rusiya ağır itkilər verir” -Zelenski

  • By admin
  • 14 Avqust 2022 13:35

Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələri məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir – Avdeyevka, Marinka, Peski, Baxmut və bütün müvafiq istiqamətlər. Rusiya ora öz hərbi resurslarının sadəcə böyük bir hissəsini – artilleriya, texnika, insan göndərib. Oradakı bütün müdafiəçilərimiz sadəcə qəhrəmandır.

Xarkov vilayəti Ukraynanın güclü müdafiəsidir və işğalçıların hücum cəhdləri daim uğursuzluqla nəticələnir. Ölkənin cənubunda gedən mübarizə Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilməsi ilə bağlı müjdə verir. Biz bir günü də boş yerə sərf etmirik”, – deyə Zelenski döyüşlərlə bağlı son vəziyyəti açıqlayıb.

Gununsesi.info