Rusiya Aİ-nin Ermənistan ordusuna 10 milyon avro ayırmasına münasibət bildirib

  • By ilhame
  • 24 İyul 2024 13:16

Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

 

“Axı, kollektiv Qərb xəritədə münaqişə ocağının azalması ilə necə barışsın? Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri təxribata çəkmək və qan tökmək üçündür”, – o qeyd edib.

 

M.Zaxarova bildirib ki, Avropa İttifaqının sülh fundamenti və potensialı tükənib.

Gununsesi.info