Rusiya Akunin və Arestoviçi qiyabi həbs etdi

Yazıçı Boris Akunin və hərbi-siyasi analitik Aleksey Arestoviç Rusiya Federasiyasında qiyabi həbs olunublar.

 

Gununsesi.info xəbər verir ki, Moskvanın Basman məhkəməsi yazıçı Boris Akunini “feyklər” və “terrorçuluğa bəraət qazandırmaq” işi üzrə qiyabi həbs edib.

 

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri, təhlilçi Aleksey Arestoviç də analoji ittihamlarla – “terror fəaliyyətinə çağırışlar və ordu haqqında yalan xəbərlər yaymaqda” ittiham olunaraq qiyabi həbs edilib.

 

Cinayət işlərində təqsirləndirilən hər iki şəxs Rusiyada deyil.

 

 

Gununsesi.info