“Rusiya alyansı parçalamaq istəsə, sərhədində daha çox qüvvələrlə üzləşəcək” - STOLTENBERQ

  • By admin
  • 20 Fevral 2022 17:23

“Rusiya bizi parçalamaq istəsə, faktiki olaraq bunun əksini əldə edəcək, onlar daha vahid Şimali Atlantika alyansı qüvvələri ilə üzləşəcəklər”.

Gununsesi.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəsə, bunun əksini əldə edəcək – alyansın daha çox qüvvəsi ilə üzləşəcək.

Bundan əlavə, alyansın baş katibi Rusiyanı böhranın həlli üçün öz qüvvələrini Ukrayna sərhədlərindən çıxarmağa və diplomatik danışıqlara başlamağa çağırıb.

 

 

Gununsesi.info