Rusiya Amerikaya gücünü göstərdi

  • By admin
  • 05 May 2017 11:16

unnamed

Alyaska bölgəsində iki Rusiya TU-95 bombardmançı təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrini ayağa qaldırıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABD Şimali Amerika Kosmik Müdafiə Komandanlığının (NORAD) mətbuat xidmətinin rəhbəri Con Kornelio məlumat verib.

Belə ki, dərhal havaya qalxan ABŞ F-22 “Raptor” döyüş təyyarəsi beynəlxalq sularda olmasına baxmayaraq, Alyaskanın Point Hope sahilinə 80 kilometr qədər yaxınlaşan Rusiya bombardmançılarının qarşısını kəsib.

C. Kornelionun sözlərinə görə, bundan başqa eyni bölgədə kəşfiyyat uçuşu həyata keçirən Rusiyanın A-50 tipli “Mainstay” kəşfiyyat təyyərsinin uçuşuna mane olmayıblar.

C. Kornelio bu cür halların sürpriz olmadığını və Amerika Hərbi Hava Qüvvələrinə aid təyyarələrin də zamanla Rusiya və Çin sərhədinə yaxınlaşdığını vurğulayıb.

Xatırladaq ki, apreldə Amerikan F-22 “Raptor” tipli döyüş təyyarələri Rusiya Hərbi Hava Qüvvələrinə aid iki TU-95 tipli bombardmançı təyyarəsinin Alyaska yaxınlığında qarşısını kəsib.

Anar
Gununsesi.info