Rusiya Arestoviçi axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidentinin Ofisinin keçmiş müşaviri Aleksey Arestoviçi axtarışa verib.

Gununsesi.info RBK-ya istinadən xəbər verir ki, onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmır.

Xatırladaq ki, may ayında “Rosfinmonitorinq” A. Arestoviçi ekstremist fəaliyyət və ya terrorizmlə əlaqəli şəxslər siyahısına daxil etmişdi. Eyni reyestrdə digər Ukrayna siyasətçiləri və məmurları, o cümlədən Ali Radanın deputatı Aleksey Qonçarenko, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenkonun da adı var.

A. Arestoviç bu ilin yanvarında Ukrayna Prezidentinin Ofisinin müşaviri vəzifəsindən istefa verib.

 

Gununsesi.info