Rusiya avqustda beynəlxalq aviaəlaqəni bərpa edə bilər

Rusiya avqust ayında beynəlxalq aviaəlaqəni bərpa edə bilər.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” Rusiya Turizm Sənayesi İttifaqının prezidenti Andrey İqnatyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, avqustun 1-dək müvafiq qadağalara əsasən, “Rosaviasiya” heç bir uçuş icra etməyəcək. İyulun 27-də Moskvanın Şeremetyevo hava limanının D terminalı uçuşlara hazırlanmağa başlayacaq.

“Avqustda beynəlxalq uçuşların başlaması mümkündür”, – deyə A.İqnatyev bildirib.

Gununsesi.org