Rusiya, Avropa Birliyi və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

  • By admin
  • 18 Dekabr 2019 16:57

Avropa İttifaqı (Aİ), Rusiya və Ukrayna arasında nazirlər səviyyəsində gələcək qaz razılaşması ilə bağlı üçtərəfli məsləhətləşmələr keçiriləcək.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabrın 19-da Berlində 2019-cu ildən sonra Ukrayna ərazisi vasitəsilə Avropaya uzunmüddətli qaz nəqlinə dair Rusiya və Ukrayna ilə siyasi səviyyədə üçtərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

Gələcək tranzit müqaviləsinin parametrləri – müqavilənin müddəti, qazın həcmi və tariflər müzakirə olunacaq.

Gununsesi.org