Rusiya martın 16-dan etibarən Avropa İttifaqı ölkələrinə uçuşları müvəqqəti olaraq məhdudlaşdırır.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasının Qarşısının Alınması və Mübarizə Mərkəzi bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, məhdudiyyət Rusiya vətəndaşlarının Avropaya gediş-gəlişinə şamil olunmayıb.
Sözügedən çarter reyslərin Şeremetyevo aeroportunun F Terminalında həyata keçirələcəyi qeyd edilib.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan yeni növ koronavirusa dünya üzrə yoluxma sayı martın 13-nə olan göstəricələrə görə, ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir.
Bu günə qədər virus infeksiyasından 4983 şəxsin dünyasını dəyişdiyi, 70 387 şəxsin isə sağaldığı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il fevralın 11-də virusun adını COVİD-19 olaraq müəyyənləşdirib. ÜST martın 11-də dünya üzrə müşahidə olunan kütləvi yoluxmalara görə COVİD-19-u pandemiya elan edib.