Rusiya Avropaya qaz göndərdiyi “Şimal axını 1”i bağlayıb

  • By admin
  • 31 Avqust 2022 19:16

Rusiya Avropaya qaz göndərdiyi ən böyük boru kəməri olan “Şimal axını 1”i təmir işləri ilə bağlı bağlayıb. Gununsesi.info-nun xəbərinə görə, “Qazprom” xəttin 3 gün bağlı qalacağını açıqlayıb.

Onu da qeyd edək ki, Rusiya yayda boru kəməri ilə göndərdiyi qazın həcmini azaldıb.

HTML tutorial

Moskva bunun Qərbi cəzalandırmaq üçün atdıqları addım olduğuna dair iddiaları rədd edir.

Sankt-Peterburq yaxınlığından başlayan və Baltik dənizinin dibi ilə Almaniyaya keçən bu 1200 km-lik boru kəməri gündə 170 milyon kubmetr qaz nəql etmək gücünə malikdir.

 

2011-ci ildə tikintisi başa çatan xətt iyul ayında 10 gün müddətinə texniki xidmətə bağlanıb və göndərilən qazın həcmi ötən dövrdə gücün 20 faizinə endirilib.

Bu xəttə paralel olaraq inşa edilən “Şimal axını 2” xətti keçən il tamamlandı, lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Almaniya bu xətti açmamağa qərar verdi.

Avropa liderləri Rusiyanın son vaxtlar 5 dəfə artan qaz qiymətlərini daha da artırmaq üçün yeni addımlar atmasından narahatdırlar.

Qazın qiymətinin artması həm də Avropa ölkələrində yaşayış xərclərini artırır və hökumətləri xalqa dəstək üçün milyardlarla avro xərcləməyə məcbur edir.

Fransanın enerji konvertasiyası naziri Agnes Pannier-Runacher Rusiyanı “təbii qazdan müharibə silahı kimi istifadə etməkdə” ittiham edib.

 

Gununsesi.info