Rusiya-Azərbaycan-İran enerji sistemini birləşdirir - Nazir

  • By admin
  • 23 Fevral 2017 10:50
novak
 
Rusiya-Azərbaycan-İran arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə bölgədə yeni enerji  layihəsi hazırlanır.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın enerji naziri Aleksandr  Novak məlumat verib.
Rusiyalı nazir deyib ki,  İranın enerji naziri ilə görüşdə  enerji sahəsində əməkdaşlığın daha da  dərinləşdirilməsi məqsədi ilə iki layihə üzərində müzakirə aparılıb:
“Bunlar Rusiya-Azərbaycan-İran və Rusiya-Gürcüstan-Ermənistan-İran enerji  dəhlizi layihəsidir. Adıçəkilən layihələrin əsas məqsədi   ölkələrimiz arasındakı enerji sisteminin birləşdirilməsidir”.
Rusiyalı nazir onu da bildirib ki, hazırda  nəzərdə tutulan layihələrin  texniki-iqtisadi əsaslandırılması üzərində iş gedir və  layihənin texniki-iqtisadi əsaslandırılması  2017-ci ilin ikinci yarısında hazır olacaq.
A.Novak deyib ki, Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılması ilə bağlı layihə  Azərbaycan tərəfilə müzakirə olunub və   iki ölkənin  mütəxəssisləri  mart ayında layihənin texniki-iqtisadi əsaslandırlmasını müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info