Rusiya Azərbaycan pomidoru ilə bağlı yeni qərar verdi – Yanvarın 1-dən…

  • By admin
  • 30 Dekabr 2020 18:49
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.
Bu barədə dekabrın 29-da “Rosselxoznadzor”un məlumatında bildirilib.
Məlumata görə, danışıqların nəticələrinə əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycan daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.
Bundan əvvəl “Rosselxoznadzor” 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.

Gununsesi.org