
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarksiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.
Gununsesi.info Rusiya mətbuatına i istinadən xəbər verir ki, görüş Peterburqun Konstantinov Sarayında keçirilir.
Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.
Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.
Gununsesi.info