Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq

  • By admin
  • 25 Mart 2021 23:03

Rusiya aprelin 1-dən etibarən Azərbaycana aviareyslərin sayını artıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah açıqlama yayıb.

HTML tutorial

Qərar Baş nazirin müavini Tatyana Qolikovanın rəhbərlik etdiyi qərargahın iclasından sonra verilib.

Bundan əlavə  Rusiyanın gələn aydan Belarus, Ermənistan, Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə də müntəzəm uçuşların sayını artıracağı açıqlanıb.

Gununsesi.info