Rusiya Azərbaycana və Ermənistana istənilən dəstəyi göstərməyə hazırdı - Zaxarova

Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına yönəlmiş beynəlxalq səyləri alqışlayır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

HTML tutorial

“Biz 26 noyabr razılaşmalarına əsaslanırıq və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmasına doğru irəliləyirik. Öz tərəfimizdən biz Azərbaycana və Ermənistana məsləhət də daxil olmaqla istənilən dəstəyi göstərməyə hazırıq”, – deyə o bildirib.

Gununsesi.info