Rusiya Azərbaycanın Lapşini ədalətli mühakimə edəcəyinə inanır - SƏFİR

  • By admin
  • 10 Fevral 2017 12:47
SEFIR
 
Rusiya Azərbaycanın bloger  Aleksandr Lapşinin obyektib və ədalətli mühakimə edəcəyinə inanır.
Gununsesi.info xəbər  verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “İnterfaks-Azərbaycan”a müsahibəsində bloger Aleksandr Lapşinin işi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə,  Rusiya səfirliyi ümid edir ki,  Azərbaycan  beynəlxalq  hüquq normaları və Rusiya-Azərbaycan arasındakı mövcud sazişlərə uyğun olaraq obyektiv və ədalətli mühakimə edəcək.
Səfir əlavə edib ki, Azərbaycan tərəfi  Lapşin məsələsi ilə bağlı Rusiya-Azərbaycan  arasındakı razılaşması üzrə öhdəliklərini yerinə yetirib.
Diplomat  onu da bildirib ki, səfirlik Rusiya vətəndaşının saxlanması ilə bağlı vaxtında məlumatlandırılıb: “Fevralın 9-da, yəni, demək olar ki, bizim sorğumuzun göndərilməsindən bir gün sonra konsulluq işçisi Lapşinlə görüşüb. Gördük ki, həmin şəxsin saxlanma şəraiti normaldır, onun şikayəti yoxdur, vəkil müdafiəsi ilə təmin olunub.
Hazırladı Mürtəza
Gununsesi.info